Nitq datasetləri
Azərbaycan filmlərindən kəsilmiş, mətni yoxlanılmış səs parçaları — Whisper kimi nitqtanıma modellərini öyrətmək üçün. Hər parça 30 saniyəyə qədərdir.
Nar Bağı · 89 dəq
Deyirəm də, mənə bu evdə heç vaxt yer olmayıb. Sən həmişə rəhmətliyi düşünmüsən. İndi də heç dəyişməmisən. Axmaq-axmaq danışma. Mən heç vaxt sizin aranızda fərq qoymamışam.
Beş barmağın beşi də birdir. Fərq qoymusan, dədə, çox fərq qoymusan. Mən həmişə yad olmuşam sənə. Sənin bir oğlun olub. Mən də ki, elə-belə.
Uşaq vaxtı, bilirsən, nə fikirləşirdim? Deyirdim heç, bəlkə də, mən sizin övladınız deyiləm. Hardansa götürüb saxlamısınız məni. Əl çəkmirsən bu paxıllığından. Ömrü boyu həsəd aparmısan qardaşına. Axırına çıxdın. İndi də qəbir davası eləyirsən.
Deyirəm də, mən də dünəndən gözləyirəm görüm, nə vaxt deyəsən bunları. Sağ ol, dədə, çox dözdün. De gəlsin, boşald ürəyini. Onsuz da, sən deyənin on qatını hər gün özüm-özümə deyirəm.
Sən nəyə gəlmisən bura? Sən gəlmisən mənim axırıma çıxasan? Əşi, sən özün kimin istəsən axırına çıxarsan o acı dilinlə. Nəysə. Bir halda ki, soruşdun, niyə gəlmişəm, deyim də.
Gəlmişəm ailəmi aparım. Mən harada, onlar da orada. Sara nə deyir bu işə? Hələ deməmişəm. Narahat olma, mən onu razı salaram.
Sənə nə var ki, sən ilanı da yuvasından çıxardarsan. Onu razı salarsan, amma Cəlalı çətin. Bilirəm, hə. Deyirəm, onu da, bəlkə, sən razı salasan.
Qarışdırma məni bu söhbətə. O sən, o da külfətin! Özünüz həll eləyin. Qoy məni rahat ölüm.
Dedim belə havada evdə yemək günahdır. Süfrəni burda açdıq. Düz eləmisən, qızım, düz eləmisən.
Gəl, otur. Yenə? Di, bismillah eləyin.
Şalvarın cırılıb, verərsən tikərəm. Hə, yaxşı yadıma düşdü.
Gələndə azmışdım, yolu itirirdim. Dedim, çəpəri aşım ki, yolu kəsəliyim. Sən demə, həyətdə it var imiş. Yaxşı canım qurtardı. Elə bil, bağın yolu dəyişib.
Çox şey dəyişib bu kənddə. Sara, çörək ver. Rasim dayı qonşuluqda hamının torpağını alıb. Yolumuz da qalıb həyətlərin ortasında. İndi gərək dolanıb gələsən bizə. Hansı Rasimi deyir? Selsavet Səmədin oğlu, sinif yoldaşın.
Balqabaq Rasim? O ki iki eşşəyin arpasını bölə bilmirdi.
İndi bölür. Arpa da bölür, buğda da satır, nar da satır, sex də işlədir, ailəsini saxlayır.
İndi də bizim bağın yerində zavod tikmək istəyir. Ona görə ki, zirək adamdır. Nəysə e. Çörəyinizi yeyin, mən getdim. Mürgüləyim.
Dayan, baba, mən də gəlirəm.
Sara, bilirəm, məni bağışlamaq çətindir. Bu da odu. Beşinci sinifdə oxuyur. Yəni. Bu mənəm, əskərlikdən bir həftəlik evə buraxmışdılar. On doqquz yaşım var idi. Əmioğlanlarımla rayon mərkəzində çəkdirmişik.
Bu, atamdır.
Ona metirka almağa getmişdik. Üçümüz bir yerdə.
O, anasının yerində yatacaq. Baxaq görək, başımıza nə gəlir. Get ananın yanına.
İndi nə sürürüsən? Volvo Rusetdə daha Jiquli sürən yoxdur ki. Həqiqi deyirsən? Sən öl. Aqilinin Jiqulisi yadındadır? Sən evləndin? Hə. Hələ üç oğlum da var. Allah saxlasın. Allah saxlasın. Sağ olun.
Bir qaldı. Özüm də Rasimin ofisində işləyirəm. Rasim yadındadır da. Yaxşı yadımda. Balqabaq Rasim. Nə qaldı? Uşaqlar, məni bağışlayın, mən getməliyəm. Gedirsən? Hə. Çayın pulunu verdim. Hə, sağol, sağol.
Yaxşı yol! Mərdan kişi, yaz dəftərə məni. Gəl də. Dayıoğlunun vəziyyəti pis deyil, ha. Bahalı siqaretlər çəkir, Volvo sürür. Maşallah. Onu vəziyyəti yaxşıdır? Cırıq şalvarda gəzir.
Altıdır. Nə deyim, hə, sənə mən? Ə, sənə piyada çatmaq olmur. Gör, Rusetdə maşınla neyləyirsən, hə?
Çayxanada idim, dedilər indi çıxmısən. Dedim, çatım sənə. Yaxşı elədin. Gedək? Gedək. Danış görüm, haralardasan? Bəzi şeylərdən xəbərim var.
Amma atana demirdim ki, qoca kişidir ürəyinə salar. Dostlarından xəbərin gəlirdi. Əvvəl biraz pis gətirdi mənimki. Eşitmisənsə, bilərsən də. Hə, xəbərim var. İndi vəziyyətin necədir? İndi yaxşıdır. Hə, əladır. Reysə düşüb. Lap yaxşı.
Burada çox qalacaqsan, yoxsa birdəfəlik gəlmisən? Yox, əşi, gedirəm. İş-güc tökülüb qalıb orda. Lap yaxşı.
Düş, gedək evə. Yox, tələsirəm. Evdə hər söhbəti eləmək olmur. Deyirəm, başqa vaxt gedib bir yerdə oturarıq, dərdləşərik, e. Sağlıq olsun. Nə vaxt desən, qulluğundayam. Sağ ol, Rasim. Sağ ol.
Cəlal, baban haradadır? Bağda işləyir. Hə. Çayın var? Dəm alır.
Sizə də süzüm? Hə, qızım, süz. Ciyərim yanır bayaqdan.
Harada idin? Çayçıda. Darıxırsan, deyəsən.
Oyunçu aparsın. Hə, Mərdan kişi. Çox oldu. Hamısının pulu. Çox sağ ol, Qabil. Sağ ol, Mərdan kişi, sağ ol.
Bilmirsən, bank harda var? Bilmirəm. Nəyinə gərəkdir ki bank? Nağd pulum qurtarıb. Deyirəm, gedim pul çıxardım. Rəngli plastmasların nə oldu? İşə yaramır? Yox, burada yaramır.
Kənddə bir dənə bankomat var, o da işləmir. Gərək gedim rayondan tapım. Birini də içəcəm. Nuş.
Dostum Qabilin sağlığına. Sağol. Yadında saxla. Nə problemin olsa, mən burdayam.
Sağol. Dostluqdan əskik olma. Yaxşı, bu olmaldı ki.
Borc almağın nədir, şot verməyin nə? Sən bilmərsən, gərək kənddə imicimi saxlayım da. Amma qiyməti çox aşağıdır. Bununla dolanmaq olmaz.
Atanla getsən yaxşıdır. Cəlal sözə gəlmir. Nə deyirəm, xeyri yoxdur. Məndən xoşu gəlmir, deyəsən. Niyə gəlsin? Yazıq uşaq, atasız böyüyüb. Sən onun üçün yad adamsan.
Bəlkə, elə bilsə ki, sən gedirsən, o da razılaşa. Xeyri yoxdur. Lap mən getsəm də, o, babasını qoyub getməyəcək. Yaxşı uşaqdır. Yaxşı böyütmüsən.