Nar Bağı
o b j n l n
Damdan yıxılıb deyirsən, hə? Hə ,doktor, keçən il. Amma gözü təzəlikcə zəifləyib. Onunla nə isə əlaqəsi ola bilər? Niyə ola bilməz ki? Sinir sistemində pozuntu ola bilər. Olsun ki, uşaq yıxılanda qorxub, stres keçirib, belə şeylər olur. Əsəbdəndir. Nə deyim vallah.
Nə deyəcəksən? Gec gətirmisən, gecikdirmisən uşağı. Vaxtında gətirmək lazım idi. Doktor, bilən kimi gətirmişəm. Özün bilirsən, tək uşaqdır. Üstündə yarpaq kimi əsirəm. Atasından necə, bir xəbər var?
Müalicəni özün bilirsən də. Çox bahadır.
Yaxın gəl, oğlum. Gəl bura. Ay sağ ol, bax belə. Gündə üç-dörd saat bununla gəzsin. Qoy zəif gözə güc düşsün. Göz biraz inkişaf eləsin. Xeyri olacaq.
Rəngləri necə? Seçə bilir? Bilmirəm.
Bu. Alma. Yox, adını soruşmuram, rəngi. Hansı rəngdir? Yaşıl? Ay sağ ol. Bəs bu? Sarı? Ihı. Bu? Qara?
Yaxşı bax, oğlum. Diqqətli ol. Boz. Yox, qara.
Xoş gəldin! A kişi, bir qulaq as. Ayə, qulaq zad asmıram. Dedim yox, deməli yox! Şamil kişi. Ağlın ona-buna getməsin, mən bu bağı min bir əziyyətlə əkib-becərmişəm. İndi istəyirsiniz mənim əziyyətimin içinə tüpürəsiniz, məhv eləyəsiniz? Xoş gəldin! Sən bir az da fikirləş. Bizi bu qədər ziyana salma. Sizdən xahiş eləyən var idi? Siz zavod tikəndə məndən
soruşmuşdunuz? Gedin ayrı yerdə tikin. Mən satmıram, vəssalam. Nə qədər sağam, ölməmişəm, bu torpaqdan əlinizi üzün. Nə olar? Xoş gəldin. Nə olar? Az qalıb, o günü də görəcəyik, inşallah. Ə, nə olub? Cavan qoçlar kimi nə vuruşursunuz? Get onu başa sal.
Nədi, ə, sən də bağ almağa gəlmisən? Nə bağı, Şamil dayı? Srağagün səndən nar çilingi xahiş eləmişdim, e, onları aparmağa gəlmişəm. Balam, bu kənddə məndən başqa nar əkən yoxdur? Kimə çilik lazım olur, mənim üstümə gəlir.
Niyə hirslənirsən ki? Bəs kimin üstünə gedək? Gedib belə allahsızlara ağız açaq? Dey, götür, götür apar. Sağ ol, e, Allah köməyin olsun, vallah. Kənddə səndən ağac payı almayan bağ qalmayıb. Allah razı olsun, Şamil dayı. Ə, yaxşı, yaxşı, yaltaqlama, halal xoşun.
O nədir elə, gözünə taxmısan? Həkim tapşırıb. Baba, narlar nə rəngdədir? Sən gərək onun başını yoxlatdırardın. Narlar nə rəngdədir? Narlar qırmızı olur, yaşıl olur.
Onların ortalığında qırmızı yaşıl. Belə. Dur, dur get o xarab olmuş narları seç, dur. Bu gecə qəribə yuxu görmüşəm. Görürəm bu ağacın budağı uzanıb pəncərəyə dirənir.
Narlar da pəncərəyə çırpılıb partlayır. Sonra görürəm narın suyu şüşədə qan kimi axır. Görəsən xeyrədir?
Atana lənət, it yiyəsi!
Ağlına da gətirmə.
Salamlaşmağın da həmişəki kimidir də. Gedəndə nə təhər sağollaşdınsa, gələndə salamın da elə olmalıdır.
Paltarlarını çarpayının üstünə qoymuşam.
Əynini dəyiş.
Bəs televizorun yoxdur? Yox. Xarab olmuşdu, atdım çardağa. Neyləyirəm mən bu yaşımda televizoru? Mənimki, de, ağaclardır. Xəstələnərsən.
Götür, iç bunu. Hə. Sən içən zəhrimandan deyil axı. Öyrəşməmisən sən belə şeylərə.
Sənin dərmanın ayrıdır. Atmışam mən o zəhrimarı. Çoxdan atmışam. İnanan daşa dönsün. Nə olub, ay dədə? Neçə vaxtır yoxa çıxmısan. Birdən-birə gecənin qaranlığından peyda olmusan.
İndi soruşursan ki, nə olub, ay dədə? Hardasan, ə, sən bu neçə vaxtdır? Rəhmətlik anan heç, mən cəhənnəməmə, bəs demirsən ailəm var mənim? On iki ildir gənc, cavan gəlini tək qoymusan bir uşaqla damın altında.
Nə gedirsən, nə gəlirsən, nə xəbər tutursan. Bilirəm, ay dədə, hər şeydən xəbərim var. Hamınızdan xəbər alıram. Neyniyim? Belə alındı, qismət. Ayə! Heç nə demə, ay dədə.
Mənimki belə gətirirdi. Şükür, indi hər şey yaxşıdır. İmkanım da var. Nə isə pul kisələrini görmürəm. Görünən odur ki, bir həsirsən, bir Məmmədnəsir.
İndiki pul kisələri belə olur, ay dədə. Rusetdə yaxşı iş qurmuşam. Kimdən soruşsan, məni tanıyır. Rəhmətlik mamam demiş, beş kişinin biriyəm. Arvad-uşağı oyatma.
Bu gecəlik ananın yerində yatarsan. Səhər də gedib qəbrini ziyarət eləyərsən. Yazıq sənin dərdindən çərlədi öldü.
Qurbanın olum, ay dədə, elə demə. Yazığın gəlsin, e, mənə. Yazıq ilan vursun səni, ha.
Sabahın xeyir, qızım. Deyəsən, soyuqlamısan. Bütün gecəni öskürürdün. Yuxun çin çıxdı.
Atandır, bala. Get görüş. Maşallah! Əməlli yekəlib.
Gözünə nə olub? Damdan yıxılıb. Gözü də o vaxtdan zəiflədi. Həkim tapşırıb taxsın. Damdan yıxılıb, sən hara baxırdın?
Xəbərin oldu? Bu gecə evi az qala su basmışdı. Nə təhər yəni? Bəs bilmədin? Çardaq bütün gecəni aşsüzən kimi damırdı.
Bəlkə, köməkləşək damı düzəldək, hə? Nə deyirsən?
Cəlal, bilirsən nə gözəl bağımız var? Buradan elə qəşəng görsənir. Gəl, qoy onu, qoy. Qoy, gəl, sən də bax. Görürsən, nə qəşəngdir.
Çıxar bunu gözündən. Atan da qayıtdı. Bundan sonra bir yerdə yaşayarsınız. Mən istəmirəm, e, o bizimlə qalsın. Elə demə, bala. O sənin atandır.
Mən qocalmışam. Bugün-sabah öləcəm. Sizə bir arxa dayaq lazımdır.
Cəlal. Cəlal!
Cəlal! Ay Cəlal!
Bu da mənim yerimdir. Mənə yer çatmayıb, deyəsən. Nə eləyirsən yeri? Sən, onsuz da, çöllərdə öləcəksən Rus qəbirstanlığında basdırılacaqsan, məsələ də bitəcək.